Planlaşdırma, modelləşdirmə və büdcə şöbəsində iqtisadçı

İşin təsviri

Vəzifə üzrə tələb olunan biliklər: 

  • Maliyyə hesabatlarının təhlili üzrə biliklər;
  • Büdcənin qurulması və izlənilməsi, əsas fəaliyyət göstəricilərinin hesablanması üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:    

Ümumi fərdi keyfiyyət meyarları:

  • Motivasiya;
  • Komanda işi;
  • Nəticəyönümlülük;
  • Etibar yaratma;
  • Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

  • Keyfiyyət yönümlülük;
  • Diqqətlilik;
  • İntizamlılıq.

Digər tələb və üstünlük göstəriciləri:    

  • Müraciət edən namizədlərin ACCA və ya CFA Level I üzrə sertifikatlarının olması arzuolunandır.
  • Excel VBA və ya digər proqlamlaşdırma dilləri (RStudio, Python) üzrə biliklərin olması arzuolunandır.

Vəzifə öhdəlikləri:  

  •  Şirkətin texniki və əməliyyat göstəricilərinə əsaslanaraq texniki planın və müvafiq maliyyə göstəricilərinin hesablanması və qurulması;
  • Şirkətin əsas modelinin yenilənməsi və inkişaf etdirilməsi;
  • Törəmə müəssisələr, yeni investisiya layihələri üzrə modellərin qurulması;
  • Şirkətin əsaslandırılmış büdcəsinin qurulması və izlənilməsi;
  • Əməliyyat və maliyyə göstəriciləri üzrə əsas fəaliyyət göstəricilərinin hesablanması və izlənilməsi. 

Son müraciət tarixi: 29/12/2021

 https://career.ady.az/Vacancy/Get?id=1896#vp