İşə Qəbul Mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 08.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
  • Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
  • İş ezamiyyətlərinə gedə bilməli;
  • 3 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
  • İngilis və rus dillərini bilməsi üstünlükdür;
  • Stres altında işləməyi bacarmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
  • Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
  • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
  • MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Vəzifə təlimatı:

  • Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi
  • İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşə qəbul testlərinin həyata keçirilməsi;
  • İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
  • İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.

Əlavə məlumat:

  • Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
  • Email-in mövzu hissəsində “İşə Qəbul Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi