İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı /baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 06.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Şikayətlərin qeydiyyatı və  cavablandırılması;
  • Şikayət edən müştərilər ilə görüşlərin təyin edilməsi və aidiyyəti üzrə araşdırılması;
  • Şikayət yaradan məsələlərin təhlil edilməsi, aradan qaldırılması məqsədilə təkliflərin verilməsi və rəhbərliklə razılaşdırılması;
  • Şikayətlərin analizi üçün müvafiq sifarişlərin verilməsi və struktur bölmələri ilə layihələrin yekunlaşdırılmasına dair işlərin görülməsi;
  • Müştəri məmnuniyyəti üçün xüsusi yanaşma tələb edən şikayətlərin müvafiq komitələrdə müzakirəsi, memorandumların hazırlanması;
  • Şikayətlərin qeydiyyatı və analitika üzrə sistemin optimallaşdırılması üçün təkliflərin verilməsi;
  • Yazılı müraciətlər üzrə mübahisələndirilməyən cavab şablonlarının hazırlanması;
  • Yeni şikayət kanallarının idarə olunan formatda mərhələləli açılmasının təhlil və təmin  olunması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Bank sahəsində minimum 1 il iş təcrübəsi olan;
  • MS Office (əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi