Construction Manager

İşin təsviri

Öhdəliklər:

  • Müştəri sahəsinə baxış keçirərək, lazımı işlərin siyahısının tərtib edilməsi və qiymətləndirilməsi
  • Təqdim eidlmiş layihe üzrə lazımı materialları təyin edib smeta sənədlərinin hazırlanması 
  • Layihe iş icra planının (Method statement) ve layihə iş qrafikinin (schedule) hazırlanması 
  • Layihə risklərinin dəyərləndirilməsi (Risk assessment) hazirlanmasinda SƏTƏM-ye lə qarşılıqlı çalışmaq və dəstək göstərmək 
  • İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
  • Layihənin icrası zamanı müştəri görüşlərində iştirak etmək
  • Layihə icrası zamanı gedişat haqda həfləlik və aylıq hesabatların tərtib olunması və müştəriyə təqdim edilməsi 
  • Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
  • Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
  • Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
  • Tikinti və quraşdırma standartları və spesifikasiyaların tələblərinə uyğun layihə-smeta sənədlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq inşaat hesabatların və cədvəllərini tərtib etmək;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək və baş direktora təsdiq üçün təqdim etmək;
  • Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
  • Layihədəki büdcə risklərini təhlil etmək;
  • Sahələrdə icra olunan tikinti və təmir layihələrinə dair aylıq hesabatların (Forma 2, Forma 3, məxaric təhlili) layihəyə uyğun müəyyənləşdirərək hazırlamaq 
  • Sahələrdə icra olunan və/ və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin işlərinin koordinasiyasının təşkil olunması;
  • İnşaat layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
  • Bütün layihələrin yoxlanılması, layihələrdəki yanlışlıqların aradadn qaldırılması və prosesin idarə edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə ən azı 7 il təcrübə;
  • Yerli iri və xarici tikinti şirkətləri ilə iş təcrübəsi 
  • AUTOCAD program təminatında işləmə bacarığı 
  • Microsoft program təminatlarında işləmə bacarığı
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydaları;
  • Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid dövlət qurumlarının qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
  • İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;
  • Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Aylıq 1200-1500 AZN (təcrübədən asılı olaraq) + layihə bonusları 

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Construction Manager” qeyd edərək [email protected] göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.