Müştəri münasibətləri üzrə mütəxəssis (Analıq məzuniyyəti əvəzetmə)

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 25.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi
  • Hadisə barədə məlumatı birbaşa və ya dolayısı yolla əldə etdikdən dərhal sonra hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi
  • Sığorta hadisələri üzrə ilkin sənədləşmənin və uçotun aparılması
  • Polis və digər orqanlara baş vermiş hadisə üzrə materialların toplanılması üçün sorğuların göndərilməsi və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi
  • İcraatda olan sənədlərin bütövlüyünün və saxlanmasının təmin edilməsi
  • Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa müdirə məruzə edilməsi
  • Polis və digər dövlət orqanları ilə effektiv danışıqların və kommunikasiyaların qurulması
  • İddiaların tənzimlənməsi prosesində sığortalılar ilə görüşlərin təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması və digər məlumatların verilməsi (həmçinin departamentin digər əməkdaşlarını cəlb edərək)
  • Öhdəliklərin icrası zamanı aşkarlanmış lazımi məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi

Biliklər:

  • Ali təhsil – Hüquq istiqaməti üzrə təhsil arzu olunandır
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində yüksək səviyyədə biliklərin olması. İngilis dili bilikləri arzuolunandır

Təcrübə:

  • Biznes sahəsində minimum 2 il iş təcrübəsi, müştərilər ilə iş üzrə minimum 1 il iş təcrübəsi

Bacarıqlar:

  • Təqdimat bacarıqları
  • Komandada işləmək bacarığı
  • Yaxşı ünsiyyət bacarığı
  • Stressə davamlılıq
  • Təşəbbüskarlıq
  • Məqsədyönlülük
  • Emosional stabillik və məsuliyyətli olmaq

Son müraciət tarixi: 26 Noyabr 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] email adresinə  göndərin.

İşəgötürənin reytinqi