Təlim, inkişaf və performansın idarə olunması üzrə mütəxəssis

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 20.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

1. Şöbənin fəaliyyət sahəsinə aid korporativ sənədlərin və müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək;
2. İşçilərinin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək və nəticələr üzrə tədbirlər görmək;
3. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, maddi motivasiya planlarını, karyera inkişaf planlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
4. İşçilərin peşəkarlığını və fərdi keyfiyyətlərini inkişaf etdirmək:
5. Xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi proseslərinin nəticələrinə əsasən meydana çıxmış inkişaf ehtiyaclarına, həmçinin, struktur bölmələr tərəfindən edilən müraciətlərə əsasən işçilərin inkişaf ehtiyacları ilə əlaqədar təhlillər aparmaq və zəruri tədbirləri görmək;
6. Təsdiqlənmiş təlim planını icra etmək;
7. Adaptasiya proqramını (işə uyğunlaşdırma proqramı) təşkil etmək:
8. Şirkət üzrə əsas fəaliyyət göstəriciləri metodikasının hazırlanmasında və tətbiqində iştirak etmək:
9. Şirkətin növbəti period üzrə strategiyasının hazırlanmasında iştirak etmək və strategiyanı dəstəkləyən təşəbbüslər hazırlamaq;
10. Effektivliyin artırılması məqsədilə proseslərin optimizasiyası üçün daim həll yollarını axtarmaq və təkliflər vermək;
11. Şirkətdaxili mədəniyyətin formalaşdırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması məqsədilə daim təşəbbüslər irəli sürmək, təşəbbüslərdən irəli gələn zəruri tədbirlər planını hazırlamaq, icra etmək və nəticələrini təhlil etmək;
12. İnsan resurslarının idarəedilməsi üzrə daim innovativ yanaşmalar tətbiq etmək, dünya üzrə digər şirkətlərin təcrübələrini öyrənmək və yeniliklərlə bağlı təkliflər vermək.

Namizədə olan tələblər:

İş təcrübəsi: İnsan resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla.
Üstünlüklər: SHRM, CİPD, CHRİ və s. İnsan resursları üzrə beynəlxalq sertifikatlar, Rus dili biliyi, Təlim və inkişaf, Performansın idarəedilməsi sahələri üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Kompüter bilikləri: MS Office: əla
Fərdi keyfiyyət tələbləri:
Nəticəyə əsaslanma, biznes tərəfdaşlığı, inam yaratma, komanda işi və əməkdaşlıq, geniş perspektiv, dinamikanı anlamaq.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi