Topdan Satış üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

• Ali təhsil
• Sürücülük vəsiqəsi (B kateqoriya)
• Satış sahəsi üzrə minimum 1-3 il iş stajı
• Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı
• Ünsiyyət qurmaq və inandırmaq bacarığı
• Şəxsi avtomobili olması
• Yaş həddi: 22-35
• Dil bilikləri: azərbaycan, rus dilləri səlis, ingilis dili arzuolunardır

Vəzifə öhdəlikləri:

• Mütəmadi olaraq potensial müştərilərin axtarılması;
• Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı;
• Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu;
• Müştərilərdə yaranan problemlərin həlli;
• Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi;

İş şəraiti:

• İş qrafiki həftə içi 9:30 – 17:30, şənbə 09:30-15:00, bazar-istirahət günü
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Əmək haqqı: fix + satışdan bonus
• Şirkət tərəfindən nahar
• Avtomobilin yanacaq xərci, amortizasiyası və rabitə xərcləri şirkət tərəfindən qarşılanır
• Rəqabətə davamlı əmək haqqı və satışa görə bonuslar
• Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Topdan Satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.