Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi, istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
- Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
- Şirkətin mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
- Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
- Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
- Struktur daxili müfaviq hesabatların hazırlanması.

Tələblər:

- Müvafiq sahədə 3 illik təcrübə;
- Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Danışıqların aparılması sahəsində bacarıqlar.;

Əlavə məlumat:

- Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir, uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərə alınır.
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər: [email protected]