Mühəndis-konstruktor

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
  • Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
  • Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasında iştirak edir;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
  • Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
  • Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
    Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricilərə köməyin göstərilməsində iştirak edir. 
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir         

Namizədə bağlı tələblər:

  • Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
  • İş təcrübəsi: Konstruktor olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure,
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət); Digər dillər əlavə üstünlük hesab olunur

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
  • Şirkət tərəfindən servis təşkili
  • Nahar yeməyi

Qeyd: Xahiş olunur CV-nizi " mühəndis -konstruktor " mövzusu ilə [email protected] elektron ünvanına göndərəsiniz. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.