İşə qəbul üzrə Aparıcı Mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 07.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Biznesin strateji hədəflərinə uyğun işə qəbul ehtiyaclarını müəyyənləşdirmək;
• Müsahibə/peşə sınaq imtahanları, iş yeri ilə tanışlıq prosesini təşkil etmək və sənədləşdirmək;
• İşə qəbul ilə bağlı müxtəlif yerləşdirmə proseslərini həyata keçirmək;
• İşə qəbul ilə bağlı müxtəlif yazılı və şifahi müraciətləri cavablandırmaq;
• Kadr ehtiyatı bazasını yaratmaq və idarə etmək;
• İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq, Şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkədə yerləşdirmək;
• Namizədlərin təqdim etdikləri məlumatların vakansiyanın tələblərinə uyğunluğunu yoxlamaq;
• Yerli əmək bazarının şərtlərinin, rəqiblərin işçi qüvvəsinin araşdırılması;
• Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması

Tələblər:

• Ali təhsil
• İşə qəbul prosesi üzrə min 2-3 il iş təcrübəsi
• Namizəd seçimi üzrə biliklər
• Əmək bazarının araşdırılması və əmək bazarında olan vəziyyəti dəyərləndirmək bacarığı
• Yüksək kommunikasiya bacarıqları və işgüzar əlaqələrin qurulması bacarığı
• Dürüstlük və şəffaflığın, məxfiliyin qorunması bacarıqları

İş şəraiti:

• İş rejimi: I-V günlər, 09:00-18:00
• Rəqabət qabiliyyətli əmək haqqı
• Şirkət tərəfindən verilən xüsusi imtiyazlar

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İşə qəbul üzrə Aparıcı Mütəxəssis ” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi