Marketinq bölməsinin rəhbəri

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 07.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

• Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması
• Marketinq menecer vəzifəsində isə azı minimum 5 il iş təcrübəsinin olması
• Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması
• Online marketing vasitələri haqqında dərin bilik və bacarıqların olması (Google Ads, Facebook Ads Manager, Google Analytics, Programmatic Ads və s.)
• Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması
• Azərbaycan və rus dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması

Marketinq bölməsinin rəhbəri nə iş görür?

• Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi
• Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi
• Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
• Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
• Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
• Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
• Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması
• Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
• Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi
• PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi
• Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi
• Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
• Qiymət strategiyasının işlənib hazırlanması
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması
• Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
• Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi
• Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi

Əlavə məlumat:

• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Marketinq bölməsinin rəhbəri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi