Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
• Bakı
• Daşkəsən
• Gəncə
• Lənkəran
• Cəlilabad
Görəcəyiniz işlər:
• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
• Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
• Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
• Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
• Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
• Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.
Bizim üçün uyğun namizəd:
• Ali təhsili olan (iqtisadi arzuolunandır);
• Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti olan;
• İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/(Bakı və ya region adı)” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.