Planlama mühəndisi

İşin təsviri

İş barədə məlumat:

- Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Xüsusi proqram vasitəsi ilə (Ms. Project sərbəst istifadə vacibdir) iş həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
- Maliyyə axını üzrə analiz və prqnozların hazırlanması.

Namizədə tələblər:

o Mühəndislik sahəsi üzrə ali təhsil və ya kurs, sertifikat;
o Planlaşdırma mühəndisi vəzifəsində inşaat sektorunda təcrübə;
o Azərbaycan və Rus dillərini mükəmməl bilmək, İngilis dili arzuolunandır;
o Layihə Planlama Proqramı (Ms.Project) üzrə peşəkar biliklər;
o Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarıqları;
o Güclü analitik və məntiqi düşünmə bacarıqları;

• Əmək haqqı: müsahibə əsasında
• Staj: 3 ildən
• Yaş həddi: 22 — 40 yaş
• Təhsil: Ali
• İş rejimi: Tam iş günü
• Müqavilə: Əmək müqaviləsi
 

İş cədvəli:

Bazar Ertəsi – Cümə: 9:00 – 17:00
Şənbə: 09:00 – 13:00

Maraqlanan namizədlər CV-lərini emailin mövzusunda “Planlama mühəndisi” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər. Yalnız MS Project proqramında təcrübəsi olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Grow Group Azerbaijan tərəfindən digər vakansiyalar