Grow Group Azerbaijan


“Grow Group Azerbaijan” MMC.
Grow Group Azerbaijan ölkəmizdə müasir tipli istixana fəaliyyəti ilə məşğul olan ilk və aparıcı şirkətlərdən biridir

2009-cu ildən fəaliyyət göstərən “Grow Group Azerbaijan” şirkəti qeyri-neft sənayesinin  inkişafına, ölkədə istehsal və ixrac artımına eyni zamanda Made in Azerbaijan brendinin daha da təkmilləşməsində və tanınmasında öz töhfəsini verməkdədir.
 “Grow Group Azerbaijan” tərəfindən tikilən  istixana sistemləri  dünya standartlarına uyğun olan  yüksək keyfiyyətə malik materiallar vasitəsi ilə quraşdırılır.


Şirkət  fəaliyyətə başladığı gündən  Fransanın “Richel” və Hollandiyanın “Stolze” kimi nüfuzlu brendləri ilə əməkdaşlıq edərək tam avtomatlaşdırılmış istixanaların satışı, rekonstruksiyası və quraşdırılması təklif edir. Bununla yanaşı, digər dünya markaları; Meteor systems, Mardenkro, Menno,  Grodan, Pelemix, Paskal, Bato, Bogaerts, Priva, Plastika Krites, ARS,Netafim,Prins,QG greenhouse, Step Systems şirkətin əməkdaşları siyahısına daxildir.


Qabaqcıl texnologiyanın Azərbaycanda tətbiq olunmasında liderə çevrilmiş “Grow Group Azerbaijan” hər il kənd təsərrüfatına aid istər ölkəmizdə, istərsə də xaricdə keçirilən sərgilərdə iştirak edir, qazanmış olduğu təcrübəni, ən son metod və vasitələri yerli fermerlərlə bölüşərək tərəvəz ixracatının artımına zəmin yaradır.
Grow Group MMC öz fəaliyyət sahəsini  genişləndirərək bugün müxtəlif sahələr üzrə ixtisaslaşan və müstəqil fəaliyyət göstərən departamentlərə  ayrılmışdır.

1. Bakı İstixana Kompleksi - 20 hektar əraziyə malik pomidor və digər tərəvəzlərin istehsalatı ilə məşğul olur.

2. Growers Market (İstixanalara aid sistemlərin, avadanlıqların və materialların ölkə daxilində və xaricində topdan və pərakəndə satışını həyata keçirir)

3. Stolze Caspian, istixanalar üçün Suvarma, iqlimləndirmə və isitmə sistemləri üzrə Avropanın ən nüfuzlu şirkətlərindən olan Stolze İnternational B.V-nin Azərbaycandakı nümayəndəsidir

4. Grow Group, İsitixana konstruksiyalarının istehsalında Fransanın və Avropanın aparıcı şirkəti olan RİCHEL-in Azərbaycandakı nümayəndəsidir

5. Consulting (təhcizat, aqronom məsləhəti və digər istixanalar üçün önəmli olan zəruri tövsiyyələrini xidmət kimi təklif edir)

6. Grow Group Construction (Yeni istixanaların açar təslimi və müxtəlif istixana sistemlərinin ayrı-ayrılıqda tikintisi və quraşdırılması)

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?