Şirkətin rəhbərinin köməkçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin rəhbərinin iş gününün planlaşdırılması: görüşlər, səfərlər, müsahibələr, zənglər, qəbullar, korporativ tədbirlər və digər fəaliyyətlər üçün qrafikin hazırlanması və əlaqələndirilməsi;
  • Şirkətin rəhbərinin üçün səfərlərin və ezamiyyətlərin təşkili, ölkələrə giriş və çıxış qaydaları haqqında məlumatların verilməsi, viza dəstəyinin göstərilməsi, otellərin rezervasiyası, səyahət proqramları və s.;
  • Şirkətin rəhbərinin tərəfindən keçirilən iclasların, görüşlərin hazırlanması. Lazımi materialların toplanması, iştirakçıların vaxtı, yeri, gündəliyi barədə məlumatlandırılması;
  • İclasların, danışıqların gedişatını və nəticələrini qeyd edən protokolların və digər sənədlərin aparılması;
  • Rəhbərliklə əlaqəni koordinasiya etmək, o cümlədən zənglərə və e-poçtlara cavab vermək və müştərilərlə qarşılıqlı əlaqə yaratmaq;
  • Şirkətin rəhbərinə işlərin gedişi və planların icrası barədə mütəmadi olaraq məlumat verir;
  • Məlumat toplayır, analitik, informasiya, arayış və digər hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
  • Şirkətin rəhbərinə lazım olan ərzaq məhsullarının sifarişini vermək, onların mövcudluğuna və vaxtında alınmasına nəzarət etmək;
  • Tərəfdaşlara işgüzar məktubların tərtib edilməsi, məktubların, bağlamaların və digər sənədlərin qəbulu və göndərilməsi, çap və surət işlərinin yerinə yetirilməsi;
  • Sənədlərin qəbulu və qeydiyyatı, məlumat və arayış xidmətləri və sənədli məlumatların saxlanması.

Tələblər:

  • Ali təhsili;
  • Analoji vəzifədə minimum 3 il iş stajı; 
  • MS Office programını yaxşı bilmək;
  • Azərbaycan, Ingilis, rus dillərini sərbəst bilmək;
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.

Şərtlər:

  • İş qrafiki 9:00 - 18:00, BE-Ş; 
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
  • Peşəkar iş mühiti.

Şirkət haqqında məlumatlar: 

“Grow Group Azerbaijan” MMC ölkəmizdə müasir tipli istixana fəaliyyəti ilə məşğul olan ilk və aparıcı şirkətlərdən biridir. Şirkətimiz öz fəaliyətini 2009 – cu ildən başlayıb və qeyri-neft sənayesinin inkişafına, ölkədə istehsal və ixrac artımına eyni zamanda Made in Azerbaijan brendinin daha da təkmilləşməsində və tanınmasında öz töhfəsini verməkdədir.
 “Grow Group Azerbaijan” tərəfindən tikilən  istixana sistemləri  dünya standartlarına uyğun olan  yüksək keyfiyyətə malik materiallar vasitəsi ilə quraşdırılır.

Şirkət  fəaliyyətə başladığı gündən  Fransanın “Richel” və Hollandiyanın “Stolze” kimi nüfuzlu brendləri ilə əməkdaşlıq edərək tam avtomatlaşdırılmış istixanaların satışı, rekonstruksiyası və quraşdırılması təklif edir. Bununla yanaşı, digər dünya markaları; Meteor systems, Mardenkro, Menno,  Grodan, Pelemix, Paskal, Bato, Bogaerts, Priva, Plastika Krites, Step Systems şirkətin əməkdaşları siyahısına daxildir.

Daha ətraflı: https://growgroup.az/az/about

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

CV – lər 27 Avgust 2024-cü il tarixinədək qəbul edilir.

Fotoşəkilli CV formasını mövzu hissəsində “Rəhbərin köməkçisi” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.