Satış təmsilçisi

İşin təsviri

Yerləşmə yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Potensial müştəri bazasının yaradılması;
  • Müştərilərə məhsul və xidmətlər barədə dolğun məlumatların təqdim olunması və satışların yüksək səviyyədə həyata keçirilməsi;
  • Daima yeni müştəri axtarışlarının həyata keçirilməsi;
  • Mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və müştəri ziyarətinin davam etdirilməsi;
  • Satış hədəflərin təyin olunmuş ölçülərdə və vaxtda təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin qorunub saxalanılmasına və müştəri rəylərinə nəzarətin edilməsi;
  • Müstərilərlə düzgün ünsiyyətin qurulması və onları daima yeniliklərlə məlumatlandırılması;
  • Müştəri tələblərinin keyfiyyətli araşdırılması və istəklərinin rəsmi təklif formasında göndərilməsi;
  • Müştəri şikayətlərinin təhlil və həllinin təmin edilməsi;
  • Rəqib şirkətlərin məhsul, xidmət və qiymət təkliflərinin araşdırılması;
  • Bazarda baş verən dəyışiklik və yeniliklərin izlənilməsi;
  • Şirkətin tanıdılması üçün tələb olunan marketinq tədbirlərinin icrasi; 
  • Satış sonrası əməliyyatlara, o cümlədən çatdırılma və ödəniş proseslərinə nəzarətin edilməsi;
  • Satış nöqtələrindən pul vəsaitlərinin yığımını vaxtında təmin edilməsi və həmçinin digər müştəri borclarına nəzarətin edilməsi;
  • Anbarda olmayan məhsulların bazardan alınıb satılması zamanı şirkəti məlumatlandırmaq, təsdiq aldıqdan və satış şərtləri təyin olundunqdan sonra satışı icra etmək;
  • Təhvil təslim və ödəniş zamanı müştəriyə yerində qəbz verilməsini təmin etmək;
  • Şirkətdaxili konfidensial məlumatların qorunmasını təmin etmək;
  • İş günü səmərəli keçməsi üçün iş planını öncədən tərtib edilməsi;
  • Nəqliyyat və digər xərclərə qənaət etməsi;
  • İş proseslərilə əlaqədar bütün tapşırıqların müvafiq CRM (Bitrix) proqram təminatı vasitəsi ilə qeydə alınması;
  • Günlük, həftəlik, aylıq və digər hesabatları təyin olunmuş muddətdə rəhbərliyə təqdim edilməsi;
  • Cari işlərdən irəli gələn digər tapşırıqların icrasının təmin edilməsi və əlavə olaraq rəhbərlik tərəfindən verilən tapşırıqların həyata keçirilməsi

Tələblər:

  • Ali təhsili;
  • Analoji vəzifədə minimum 3 il iş stajı; 
  • Kənd təssərrüfatı sahəsində bilik, bacarıq və ya iş təcrübəsi;
  • Bazarda müştərilərin tələbinə uyğun məhsulların təyin edilmə bacarığı;
  • MS Office programını yaxşı bilmək;
  • Azərbaycan, rus dillərini sərbəst bilmək;
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.
  • Məlumatların və performans göstəricilərinin təhlili bacarıqları.

Şərtlər:

  • İş qrafiki 9:00 - 18:00, BE-Ş;
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
  • Peşəkar iş mühiti.

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

CV – lər 22 Mart 2024-cü il tarixinədək qəbul edilir.

Fotoşəkilli CV formasını mövzu hissəsində “Satış təmsilçisi” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. 

Grow Group Azerbaijan tərəfindən digər vakansiyalar