Sürücü

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yol hərəkəti qaydalarına riayət etmək;
  • Rəhbər şəxsin bütün göstərişlərini ciddi şəkildə yerinə yetirmək, şirkətin işçilərini vaxtında ünvanlara vaxtında çatdırılmasını təmin etmək;
  • Sərnişinlərin həyat və sağlamlığının təhlükəsizliyini, yükün təhlükəsizliyini və avtomobilin texniki cəhətdən sağlam vəziyyətini maksimum dərəcədə təmin etməklə, avtomobilin düzgün, peşəkar, rəvan idarə olunmasını təmin etmək;
  • Avtomobili texniki saz vəziyyətdə saxlamaq, vaxtında servis mərkəzində texnoloji təchizatını təmin etmək və texniki baxışdan keçirmək;
  • Avtomobili təmiz vəziyyətdə saxlamaq. Səfər başa çatdıqdan sonra zibili və natamam (içilməyən) suyu tullamaq, yuyulma zamanı avtomobili nəzarətsiz qoymamaq, maşını yuyanların işinə nəzarət etmək;
  • Rəhbərliyin göstərişinə əsasən, optimal hərəkət marşrutlarını seçmək, marşrutdan yayınma hallarına yol verməmək;
  • Cari işlərdən irəli gələn digər tapşırıqların icrasının təmin edilməsi və əlavə olaraq rəhbərlik tərəfindən verilən tapşırıqların həyata keçirilməsi.

Tələblər:

  • Sürücü  kimi ən azı 5 il iş təcrübəsi;
  • Səxsi pikap modeli nəqliyyat vasitəsin olması (Dizel yanacaq ilə):
  • B kateqoriyalı avtomobili idarə etmək hüququ verən sənəd (vəsiqə).
  • Yol hərəkəti qaydaları və avtomobillərin texniki istismarı qaydaları haqqında biliklər;
  • Diqqətlilik, dəqiqlik, strsessə davamlılıq, məsuliyyət, təşəbbüskarlıq, davamlılıq, mehriban və peşəkar davranış;
  • Bakının mərkəzinə yaxın ərazilərdə yerləşmə.

Şərtlər:

  • İş qrafiki 9:00 - 18:00, BE-Ş; 
  • Yanacaqın (Dizel) və avtomobilin amortizasiyası qarışlanması;
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
  • Peşəkar iş mühiti.

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

CV – lər 14 Aprel 2024-cü il tarixinədək qəbul edilir.

Fotoşəkilli CV formasını mövzu hissəsində “Sürücü” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.