Restoran adminstratoru

İşin təsviri

Əmək haqqı: 1500 – 1800 azn
Vəzifə təlimatı:

• Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak etmək;
• Restoran məhsullarına olan tələbatı daima araşdıraraq, məsul şəxslərə məlumat vermək;
• Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət etmək;
• Müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edərək bütün restoran işçi qrupunu bu istiqamətdə təlimləndirib inkişaf etdirilməsində iştirak etmək;
• İnzibati işlər, əmək qüvvəsi ilə bağlı məsələlərin tənzimlənməsinə nəzarət etmək;
• Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət etmək;
• Təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət etmək;
• İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək;

Namizədə Tələblər:

- Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək;
- Ticarət (xidmət) fəaliyyətinə olan ümumi tələbləri bilmək;
- Malların qəbulu, saxlanılması və satışa hazırlanmasını bilmək;
- İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək;
- Qeyd edilən sahədə minimum 5 il iş təcrüəsi;
- Xarici dil bilikləri; rus və ingilis dillərinin yaxşı səviyyədə olması arzuolunandır;
- Xidmət sektoru üzrə təlimlərdə iştirak etməsi üstünlükdür;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Başkent Restoranlar Şəbəkəsi tərəfindən digər vakansiyalar