SMM mütəxəssis

İşin təsviri

 Təsvir:

  • Sosial media reklamları və büdcəsinin idarə edilməsi
  • Meta Ads Manager üzrə reklam kampaniyalarının yaradılması
  • Restoranın səhifələrindəki şərhlərin monitorinqi, izləyicilərin suallarının cavablandırılması; 
  • Instagram və Tik-Tok sosial şəbəkəsində canlı yayımların edilməsi və story-lərin paylaşılması;
  • Restoranın Instagram və Tik-Tok hesabı üçün kreativ kontentlərin hazırlanması;
  • Aylıq SMM plan üzrə foto və video çəkilişlərinin təşkili və nəzarət edilməsi
  • Tripadvisor, Google Business hesabına gələn sorğuların, şərhlərin nəzarətdə saxlanılması
  • Görülən işlər üzrə aylıq hesabatın hazırlanması

Tələblər:

  • Cinsi: Qadın (22-30 yaş arası namizədlər)
  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
  • SMM sahəsində minimal 1 il iş təcrübəsi
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Yüksək ünsiyət qurmaq bacarığı;
  • Aktivlik, çeviklik və məsuliyyətlilik.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 400-600 AZN
  • Nahar şirkət tərəfindən verilir

Namizədlərdən öz CV-lərini 20 May 2023 tarixinə qədər “SMM Mütəxəssis” qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur. 

Başkent Restoranlar Şəbəkəsi tərəfindən digər vakansiyalar