İşə qəbul və seçim şöbəsinin müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Agentlik və tibb müəssisələrinə işə qəbul işinin idarə edilməsi;
• İşə qəbul planının hazırlanması üzrə işlərin icrası;
• Müxtəlif işə qəbul mənbələrindən istifadə etməklə peşəkar namizədlərin cəlb olunması;
• Namizədlərin seçimi prosesinin qaydalara və beynəlxalq təcrübəyə uyğun aparılması;
• Xəstəxanalarda bəzi vəzifələrin spesifikliyi nəzərə alınaraq həmin vəzifələr üçün meyarların, işə qəbul mexanizminin yaradılması və bu prosesə nəzarət;
• Yeni işçilər üçün ilkin təlimatlandırma (tanışlıq) prosesinin təkmilləşdirilməsi;
• Müxtəlif vəzifələr üzrə əmək bazarının araşdırılması və təhlillərin aparılması;
• Ümumi insan resursları funksiyasının fəaliyyətində fəal iştirak etmə;

Vəzifə üçün tələblər:

• Ali təhsili (namizədin ali iqtisadi, idarəçilik, və ya digər əlaqəli sahə üzrə təhsilinin olması arzuolunandır);
• İşə qəbul üzrə sahəsi üzrə 2 ildən az olmayaraq rəhbərlik təcrübəsi (geniş filiallar və regional mərkəzlər şəbəkəsinə malik müəssisəsində iş təcrübəsi üstünlükdür);
• İnsan resurslarının idarəedilməsi sahəsində biliklərin çox yaxşı səviyyədə olması;
• Namizədlərin cəlbi və seçimi üzrə texnikalar barədə ətraflı məlumatlılıq;
• İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
• Ofis proqramları üzrə biliklərin yaxşı səviyyədə olması;

Maraqlanan namizədlər CV-ləri [email protected]z e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.