Namizədə tələblər:
• Ali təhsil
• Müvafiq sahədə azı 2 il iş təcrübəsi
• 23-35 dək yaş həddi
• Ofis proqramları və 1C proqramında işləmək bacarığı olmalı
• Sürücülük vəsiqəsi olmalı
• Aktiv, məsuliyyətli və diqqətli olmalı.
Vəzifələr:
• Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
• Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
• Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
• İnventarizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
• Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər