Online satış üzrə məsləhətçi

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 16.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

- Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
- Satış və marketinq prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;
- Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
- Texniki məsələlər üzrə müştərilərə konsultasiya və məsləhətlər verilməsi;
- Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək .

Tələblər:

- Ali təhsil arzu olunandır;
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (arzu olunandır);
- Analitik təhlil bacarığı;
- Komanda şəklində işləmək bacarığı;
- Fikrini dəqiq və əminliklə təqdim etmə bacarığı;
- Yeniliyə açıq və inkişafa meyilli;
- MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə qarşı xoş rəftar;
- Təqdimat edə bilmə və inandırmaq bacarığı;
- Diksiyası düzgün;
- Enerjili və gülərüz.

İş qrafiki: 6 günlük

Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Online satış üzrə məsləhətçi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.