Əmək haqqı şöbəsinin mütəxəssisi

İşin təsviri

Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office - sərbəst.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – orta;
Rus dili – orta.

Vəzifə üzrə tələb olunan biliklər :

- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə biliklər;
- Elektron Hökumət Portalı üzrə biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
- Əmək haqqının hesablanması üzrə praktiki biliklər;
- Əmək haqqı işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsi üzrə nəzəri biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
- Məlumat əldəetmə;
- Analitik düşüncə;
- Təşəbbüskarlıq.

Digər tələb və üstünlük göstəriciləri:

- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq sertifikat (SHRM, CIPD, HRCI);
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

Vəzifə öhdəlikləri:

- Qanunvericiliyə uyğun olaraq əmək haqlarının hesablanması;
- Qanunvericilikdən irəli gələn müavinətlərin hesablanması;
- Məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;
- Kollektiv sazişdən irəli gələn digər növ ödənişlərin hesablanması;
- Artıq saatların araşdırılması və iş saatlarının optimallaşdırılması;
- Əmək haqqına təsir edən amillərin araşdırılması və təhlili;
- Əmək qanunvericiliyindən və daxili qaydalardan irəli gələn sənədləşmə işinin aparılması;
- Əmək haqqı üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə və ya şəxsə vaxtında təqdim edilməsi;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

Son müraciət tarixi: 31.08.2021

Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1443#vp