Satış nümayəndəsi

  • Kibrit
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış nümayəndəsi olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsıznız:

• “Lead”lər əsasında hazır skript üzrə telefon üzərindən satış
• Bazarı araşdıraraq potensial müştərilərin tapılmasında iştirak etmək
• Potensial müştərilərlə görüşlər keçirmək
• Satışın sənədləşdirilməsini təşkil etmək

Bu vəzifədə sizdən gözləntilərimiz:

• Yeni məhsulun ilk satış hədəflərinin qoyulmasında iştirak etmək və bu hədəfləri vurmaq
• Şirkətin yeni məhsulunun satış strategiyasının qurulmasında tövhə vermək
• Şəxsi inkişaf, yüksək nəticələr və idarəçilik potensialını göstərərək Satış qrupunun rəhbəri olmaq

Tələb olunan bilik və bacarıqlar:

• Azərbaycan dilində səlis nitq bacarığı
• Rus dili (partnyorlarla ünsiyyət qurmaq və təlim keçmək üçün yetərli səviyyədə)
• Müştəriyə oriyentasiya
• Komandada işləmək bacarığı
• MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı

Arzu olunan şəxsi keyfiyyətlər:

• Stressə qarşı dözümlük
• Ünsiyyətlilik
• İnandırma qabiliyyəti
• Təşəbbüskarlıq
• Yaradıcı təfəkkür (creative)
• Aktivlik, proaktivlik
• Məqsədyönlülük
• Nəticəyönlülük

Aşağıdakı keyfiyyətlər/bacarıqlar mütləq deyil, amma varsa, sizi daha çox bəyənəcəyik:

• Telefonla satış və ya tədris sahəsində satış üzrə təcrübə
• İngilis dili

Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:

• Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
• Bir çox insanın həyatına təsir edəcək, ictimai faydası olan ciddi layihədə iştirak edəcəksiniz.
• Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksizniz.

Şərtlət, əlavə imtiyazlar (Benefits):

• Rəqabətli əməkhaqqı: fiks + satışdan faiz
• Korporativ nömrə
• Azərbaycanın ən yaxşı sığorta şirkətlərin birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
• Ofisdə nahar yeməyi (şirkətin hesabına), çay/qəhvə
• Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini 22.08.2021 tarixinədək "NPD - Sales Agent" başlığı (subject) ilə [email protected] e-mail ünvanına göndərə bilər.

İşəgötürənin reytinqi