Satınalma üzrə mütəxəssis

  • BESTİNG MMC
  • Elanın qoyulma tarixi: 10.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin qısa təsviri :

Tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi, istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
• Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
• Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
• Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
• Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
• Struktur daxili müfaviq hesabatların hazırlanması.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Satınalmalar üzrə mütəxəssis qismində böyük təcrübəyə malik olmalı;
• Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
• Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
• Güclü təşkilatçılıq bacarığı;
• Analitik düşüncə;
• Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
• Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
• Danışıqların aparılması sahəsində bacarıqlar.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali iqtisadi təhsil;
• İş təcrübəsi : Analoji sahə üzrə 3 illik;
• Dil bilikləri : Rus dilini yaxşı səviyyədə bilməli.( İngilis dili arzuolunandır)
• Kompüter bilikləri: MS Office, 1C proqramlarında (xüsusəndə Excel proqramı üzrə) yüksək səviyyədə biliklər.
• BC sürücülük vəsiqəsi və şəxsi avtomobilinin olması vacibdir.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:00-17:00;
• İş yeri : Bakı şəhəri, Nərimanov rayonu
• Əlaqə mob: (+994) 55 2521447

Biz nə təklif edirik 

• Karyera və peşəkar inkişaf imkanları;
• Təlim və inkişaf proqram çeşidi;
• Mükəmməl komanda və mehriban mühit;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.