Mühəndis – texnoloq

İşin təsviri

VƏZİFƏ OHDƏLİKLƏRİ:

• Elektron komponentlərin SMD və Through hole metodları ilə montajına texnoloji nəzarət
• Əl ilə və avtomatik montajın müasir metodlarla tətbiqi
• Çap lövhələrin (plataların) istehsalının texnologiyasına nəzarət
• İstehsalatda istifadə olunan mal və materialların optimallaşdırılması və seçilməsi
• Texnoloji sənədlərin (norma sərfiyyat, texniki əməlliyyatlar xəritəsi və s.) tərtibi

TƏLƏBLƏR:

• Ali texniki təhsil
• Elektron komponentlərin montajı və ya çap lövhələrin istehsalı sahəsində iş təcrübəsi
• Altium, SolidWorks proqramları və xarici dil bilikləri arzuolunandır.

BİLİK VƏ BACARIQLAR:

• Namizəd texnoloji sənədlərin tərtib olunması qaydalarını bilməli, elektronika sahəsində müasir istehsalat texnologiyaları bilikləri, fundamental texniki təhsilə sahib olmalı və material seçimindən istehsalatın sonunadək texnoloji proseslərə nəzarət edə bilməlidir.

İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. İstirahet günləri: şənbə - bazar
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühəndis – texnoloq” qeyd edərək CV-ni [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.