İşin təsviri
Vəzifə Öhədlikləri:
- İstifadəsinə təhkim edilən frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilmək;
- 3 oxlu CNC frez dəzgahında kobud və təmiz emal əməliyyatlarını sərbəst şəkildə yerinə yetirmək, alətləri və pəstahı dəzgaha tanıtmaq, alət və ucluqları yenisi ilə dəyişmək və dəzgaha yerləşdirmək;
- Emal olunacaq detala müvafiq emal alətlərinin, ucluqların, ölçü alətlərini seçə bilmək;
- Nəzarət-ölçü cihazlarından düzgün istifadə edə bilmək;
- İstehsalat zamanı müəyyən edilmiş texniki şərtlər nəzərə alaraq məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək;
- Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etmək;
- Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etmək;
- İş zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmək;
- Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların qorunması və profilaktik xidmətinə nəzarət etmək;
- İş yerini təmiz saxlamaq;
- İşləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etmək;
- Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini və normativ tələblərini bilmək;
Tələblər:
- Orta ixtisas/ali texniki təhsil;
- Eyni sahədə ən azı 2 il iş təcrübəsi;
- Dil Bilikləri: Texniki Azərbaycan / Texniki ingilis / Rus
- Müvafiq peşə sertifikatı (arzuolunandır).
Bilik və Bacarıqlar:
- CNC dəzgahların (frez) iş prinsipləri və onlara texniki qulluq haqqında biliklər.
- Texniki cizgilərin oxunması, texniki şərtlər və həndəsi toleranslarla işləyə bilməli;
- İstifadə etdiyi frez alətlərinin növünü və düzgün təyinatı bilməli,
- Nəzarət-ölçü (ştangerpərgar, mikrometr, indikator və s.) alətlərindən düzgün istifadə edə bilməli;
- İlkin riyazi hesablama bacarığı olmalı;
- 3D Proqramlaşdırma (SolidWorks) və müvafiq proqram təminatı ilə işləmək bacarığı olmalı;
- Qüsurları tez tapmaq və aradan qaldıra bilməli.
İş vaxtı: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək. İstirahət günləri: şənbə - bazar
Əmək haqqı diapazonu: 1000-1500 AZN, namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “CNC operator” qeyd edərək CV-ni elektron ünvanına göndərməyi xahiş olunur.