Texnoloq-elektronçu

İşin təsviri

Struktur bölməsi: İstehsalat departamenti / Texnolojı şöbə

Hesabat verdiyi şəxs: Texnoloji şöbənin müdirinə

İş təcrübəsi: Elektron komponentlərin maual/avtomatik montajı, sxemlərin işlənməsi, çap dövrə lövhəsinin dizaynı, elektron cihazın yığılması və sınaqdan keçirilməsi.

Vəzifə öhdəlikləri:

  • Elektron sxemlərin və çap lövhələrinin layihələndirilməsi və istehsalında  texnoloji sənədlərin tərtibi, bərpası və yenilənməsi;
  • Elektron cihazların layihələndirilməsi və yığılması;
  • Məsul olduğu və ya istismar etdiyi texnoloji sistemlərin, cihaz və avadanlıqların istismar təlimatlarına uyğun istifadə edilib qulluq göstərilməsinə nəzarət;
  • Profilaktik və plandan kənar təmir işlərinin vaxtında və keyfiyyətli başa çatdırılması üçün texniki şöbənin əməkdaşları ilə müştərək iş;
  • Elektron istehsalat zəncirinə aid texnoloji tərtibat, alət və köməkçi vasitələrin vaxtında təmin olunmasına nəzarət edilməsi;
  • Texnoloji ardıcıllığın təşkil edilməsi, avadanlığın və iş gücünün səmərəli paylanmasının təmin edilməsi;
  • Elektronika sahəsində norma və standartlara uyğunluğa əməl etmək;
  • Elektronikanın dizaynı, avadanlıq və əsas vəsaitlərin təmiri, texnoloji həllər, layihələndirmə məsələlərində şirkətin digər şöbələri ilə əməkdaşlıq;

Tələblər:

  • Ali texniki təhsil (Mühəndis-elektronçu, texnoloq-elektronçu, mühəndis-radiotexnik kimi ixtisaslara üstünlük verilir);
  • Elektron komponentlər, dövrə dizaynı və dizayn alətləri haqqında biliklər;
  • Elektron cihazların istehsalı və prototiplərin hazırlanması və ya çap lövhələri və elektron komponentlərin montajı sahəsi üzrə təcrübə.

Bilik və bacarıqlar: 

  • Elektrik sxemlərini, texniki faylları, çap lövhələrini oxuma və texnoloji sənədlərini tərtib etmə bacarığı;
  • Elektron cihazların yığılması və sınaqdan keçirilməsi;
  • Komandada işləmə bacarığı;
  • Texniki ingilis və ya rus dilləri;
  • Altium və ya analoji proqramları istifadə edə bilmək bacarığı;
  • Fundamental səviyyədə 3D modelləri və çertyojları oxuya bilmə bacarığı və konstruktorla birgə işləmə qabiliyyəti;
  • İstehsalat proseslərinin avtomatlaşdırılmasının əsasları;
  • Elektron avadanlıqlara, ehtiyat hissələrinə, təmirə sifariş ərizələrinin və digər texniki sənədlərin tərtib edilməsi qaydası;
  • Uzunmüddətli və cari iş planlarının (cədvəllərinin) işlənib hazırlanması üsullarını və onların icrası haqqında hesabatın verilməsi qaydası;
  • SolidWorks və ya analoji proqram üzrə səthi biliklər.

İş vaxtı: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək. İstirahet günləri: şənbə - bazar

Əmək haqqı diapazonu: 2000-4000 AZN, namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Texnoloq-elektronçu” qeyd edərək CV-ni elektron ünvanına göndərməyi xahiş olunur.