İşin təsviri
Vəzifələr:
- Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və saxlanılması
- Şəbəkə təhlükəsizliyi tədbirlərinin təmin edilməsi və təkmilləşdirilməsi
- Problemlərin diaqnozu və aradan qaldırılması
- Şəbəkə performansının monitorinqi və optimallaşdırılması
- Layihələrdə iştirak və müştərilər üçün texniki dəstək təmin edilməsi
Tələblər:
- Cisco Certified Network Associate (CCNA) və ya Cisco Certified Network Professional (CCNP) sertifikatına malik olmaq
- Şəbəkə protokolları və texnologiyaları haqqında dərin bilik (TCP/IP, OSPF, BGP, VLAN, VPN və s.)
- Şəbəkə avadanlıqları (yönləndiricilər,, firewall və s.) ilə iş təcrübəsi
- Problemlərin həllində analitik və sistematik yanaşma
- Komandada işləmə bacarığı və müstəqil işləmə qabiliyyəti
Əlavə üstünlüklər:
- Müxtəlif şəbəkə sistemləri və platformaları ilə təcrübə
- İT layihələrində iştirak və idarəetmə təcrübəsi
Təklif etdiklərimiz:
- Rəqabətli əmək haqqı
- Peşəkar inkişaf və təlim imkanları
- Müasir iş mühiti və dostluq mühiti
İş günləri/saatları: Bazar ertəsi-Cümə 09:00-dan 18:00-a kimi. Şənbə/bazar - həftə sonu.
Aylıq əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyənləşdiriləcək.
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “ Şəbəkə Mühəndisi (CCNA və ya CCNP)” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.