Mərkəzləşmiş Məlumat İdarəedilməsi üzrə İşçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 16.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BAŞLICA FƏALIYYƏTLƏR

• Kreditvermə Əməliyyatları və Kredit ərizələrinin işlənməsi;
• Yeni müştəri hesablarını əlavə etməklə və tələb olnduğu kimi mövcud hesab məlumatlarını təkmilləşdirməklə davamlı olaraq “FİNCA Azerbaijan” Təşkilatının Məlumat İdarəetmə Sisteminin məlumat bazasını yeniləndirilməsi;
• Kredit paketi sənədlərini müəyyən edilmiş siyasət və qaydalar uyğun olaraq nəzərdən keçirilməsi və kreditvermə prosesinə aid sənədlər toplusunun tamlığını təmin edilməsi.
• Kredit sənədlərinin düzgün hazırlanmasına nəzarət edilməsi;
• Kredit əməliyyatları İdarəetmə Sistemi məlumat bazasına (MİS) və CRM daxil edilməsi;
• Məlumatların daxil edilməsində dəqiqliyin və döğruluğun təmin edilməsi;
• Təsdiqlənmiş kredit müraciətləri üçün əsas ödənişləri və filial ödənişləri əməliyyatlarını həyata keçirilməsi;
• Ödənişsiz hesabatlardakı müştərilərin mühasibat sorğularına cavab verməsi və müştəri kredit əməliyyatları ilə bağlı digər məsələlərin həll edilməsi;
• Uçot dövrünün başa çatması zamanı, FD-yə kömək etməklə, tələb olunan məlumatların təqdim etməsi;
• Filiallar tərəfindən kömək üçün göndərilən səhvlərin tam adları və düzgün versiyalarının vaxtında qəbul edildiyi barədə məlumatların aparılması;
• İşçilər arasında koordinasiyanın düzgün aparılmasına dəstək göstərməsi.

TƏLƏBLƏR

• Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr və ya kollec təhsili arzuolunandır
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq
• Müştəri xidmətləri sahəsində təcrübə
• Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları olanlara üstünlük verilir
• Informasiya Sistemlərinin İdarəedilməsi üzrə iş təcrübəsi
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
• Analitik düşüncə qabiliyyəti
• Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı
• Gərgin iş mühitində işləmə bacarığı
• Komanda ilə iş bacarığı
• Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
• Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 iyul 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşmiş Məlumat İdarəedilməsi üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi