Kredit mütəxəssisi (Gəncə, satış məsləhətçisi)

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 14.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: kişi (arzuolunandır)
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "kredit mütəxəssisi (gəncə)" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.