Kreditlərin monitorinqi şöbəsinin meneceri

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 13.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Kreditlərin monitorinqi işinin təşkili və idarə edilməsi;
- Risk identifikasiya metodlarının yaradılması və tətbiqi;
- Şöbə qarşısında qoyulan monitorinq planlarının yerinə yetirilməsinin təmin edilməsi;
- Monitorinq nəticələrinin qarşı tərəflə müzakirəsi;
- Keçirilmiş monitorinqlərinin yekun hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər:

- Kredit mütəxəssisi vəzifəsində minimum 3 il iş stajı;
- Monitorinq sahəsində minimum 3 il iş stajı;
- Monitorinq şöbəsinin idarə edilməsində minimym 1 il iş stajı;
- Yüksək səviyyədə excel bilikləri;
- Key Risk İndikator metodlarının bilməsi, yaradılması və inkişaf etdirilməsi bacarıqları;
- Yüksək ünsiyyət bacarığı;
- Komanda ruhunun yaradılması bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin monitorinqi_Menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi