Korporativ Müştərilər üçün Əməliyyat Xidmətləri üzrə Kiçik mütəxəssis / Mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 24.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Hüquqi şəxslər və fərdi sahibkarların bütün spektr bank xidmətləri üzrə konsultasiyası və əməliyyat xidməti;
• Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması və bağlanması;
• Hüquqi və fərdi sahibkarların hesabların aparılması, qovluqların komplektləşdirilməsi və saxlanılması;
• Hüquqi şəxslər və fərdi sahibkarlara hesablaşma-kassa xidmətin göstərilməsi;
• Hesab açılması, əmək haqqı layihəsi, inkassasiya və s. üzrə müqavilələrin hazırlanması;
• Müştərilərə sənədlərin hazırlanması və verilməsi (hesab üzrə arayış və hesabdan çıxarış, müştərilərin məktub və müraciətlərinə cavab).

Tələblər:

• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
• Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı, Bank üzrə proqramlardan (GNI) istifadə bacarığı arzuolunandır;
• İş təcrübəsi: müvafiq sahədə kiçik mütəxəssis üçün tələb olunmur, mütəxəssis vakansiyası üzrə 1-2 il;
• Azərbaycan və Rus dilində sərbəst danışıq bacarığı, İngilis dili üzrə biliklər arzuolunandır;
• Yüksək analitik və planlama qabiliyyəti;
• Səmərəli ünsiyyət qurmaq və komanda ilə işləmə bacarıqları.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Könüllü tibbi sığorta proqramına qoşulma
• Yığım sığortasına qoşulma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə “Korporativ bankçılıq _ Sədərək” qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi