Məlumat mərkəzi şöbəsinin mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
• Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
• İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
• Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İş təcrübəsi: Bankın müştəri xidməti və ya məlumat mərkəzi üzrə iş təcrübəsi mütləqdir;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
• Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 iyun 2021-ci il tarixinədək email-in mövzu hissəsində Məlumat mərkəzi şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi