Müştərilərlə əlaqə üzrə menecer

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Korporativ müştəriləri cəlb etmək, onların ehtiyaclarına uyğun xidmət paketini formalaşdırmaq;
• Korportiv müştərilərlə işi təşkil etmək, korporativ müştəri portfelini formalaşdırmaq və idarə etmək;
• Vaxtaşırı korporativ müştərilərə təqdim olunan xidmət paketini yeniləmək və onların ehtiyaclarına mütəmadi olaraq uyğunlaşdırmaq;
• Satışa dəstək qruplarını koordinasiya etmək, onların performansını qiymətləndirmək, effektivliyini artırmaq, xidmətləri barədə təlimatlandırmaq;
• Müştərilərə mərkəzin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;
• Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;
• Müştəri portfelini təhlil etmək və gəlirliyin artırılması istiqamətində təklifləri hazırlamaq;

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müştərilərlə iş sahəsində 5 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dilini əla, Rus dilini və İngilis dilini yaxşı səviyyədə bilməli;
• Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
• Peşəkarlıq tələbləri:
- Heyəti idarəetmə bacarığı;
- Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Təqdimat bacarığı;
- Proses idarəçiliyi bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 23 iyun 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştərilərlə əlaqə üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.