Çağrı mərkəzi operatoru

İşin təsviri

İş barədə məlumat

- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi;
- İş qrafiki – növbəli
- Əmək haqqı: 500-800 azn

Namizədə tələblər

- Səlis danışıq qabiliyyəti;
- İş təcrübəsi minimum 2 il;
- Ərazi bilikləri (Bakı, Sumqayıt şəhərləri və Azərbaycanın rayonları üzrə);
- Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməlidir ;
- Ms Office üzrə bilikləri olmalı;
- Öyrənməyə meylli və yeniliyə açıq olmalıdır.

Vakansiyaya müraciət üçün, CV formanızı [email protected] elektron poçtuna “Çağrı mərkəzi operatoru” mövzusu ilə göndərməyiniz və ya https://hr.166.az/ saytına daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi