Vəzifə öhdəlikləri:
- Daxil olan zəngləri cavablandırmaq;
- Telefon vasitəsi ilə müştəri sorğularını idarə etmək;
- Müştərilərə şirkətimizin layihələri barədə məlumat vermək;
- Sistemə yeni müştəri məlumatlarını daxil etmək;
- Daxil olan zəngləri müvafiq şöbəyə yönəltmək;
- Sosial media üzərindən gələn mesajları cavablamaq;
Tələblər:
- Ali təhsilli və ya sonuncu kurs tələbəsi olan xanımlar;
- Azərbaycan və rus dili biliyi;
- Ofis proqramlarından anlayışı olmalı və sərbəst işləməyi bacarmalı;
- Səlis, aydın danışıq qabiliyyətinə sahib olmalı və ünsiyyət qurmağı bacarmalıdır;
- Öz üzərində daim çalışan və inkişafa meyilli namizəd olmalıdır;
- Komanda ilə işləmək bacarığına sahib olmalıdır;
- Yalnız xanım namizədlər.
İş haqqında məlumat:
- İş saatı: 10:00 – 18:00 (Tələbə namizədlərə uyğun qrafik formalaşdırıla bilər)
- Əmək haqqı: 300 AZN.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, təcrübə, karyera inkişafı, peşəkar kollektivdə çalışmaq və əmək haqqı artımı imkanı təqdim edirik. Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına “Çağrı Mərkəzi Təmsilçisi” mövzusu ilə göndərə bilərlər.