Kateqoriya üzrə mütəxəssis

  • AİSCO
  • Elanın qoyulma tarixi: 18.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

- Marketinq strategiyasına əsasən, kateqoriya çərçivəsində səmərəli məhsul portfelinin formalaşdırılması və inkişaf etdirilməsi;
- Məhsul portfelinin optimallaşdırılması çərçivəsində yeni təchizatçıların müəyyən edilməsi, danışıqların aparılması və təkliflərin alınması;
- Malların sifarişi ilə bağlı Təchizat və logistika şöbəsi ilə əməkdaşlığın edilməsi;
- Öz kateqoriyası daxilində malların optimal qalıq kvotalarının müəyyən edilməsi, mallar üzrə stockout və overstok nəzarətinin edilməsi;
- Kateqoriya üzrə rəf paylarının və yerləşmə tələblərinin müəyyən edilməsi və bununla bağlı satış nöqtələri ilə əməkdaşlığın edilməsi;
- Satış planına əsasən, malların hədəf satışına çatması üçün stimullaşdırma aksiyalarının hazırlanması və nəticələrə nəzarətin edilməsi;
- Kateqoriya üzrə rəqabət vəziyyətinin davamlı nəzarətdə saxlanılması;
- Dövri hesabatların hazırlanması.

Namizədə tələblər:

• Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
• Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
• Azərbaycan və Rus dillərindən birini bilmək;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyətlərə sahib olmaq;

İş şəraiti:

- 6 günlük iş norması
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: +1000AZN. (namizədə görə dəyişəcək)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kateqoriya üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.