Direktor assistenti

  • AİSCO
  • Elanın qoyulma tarixi: 19.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

• Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
• Qonaqların qarşılanması;
• Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
• Şirkətin direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
• Şirkətin direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.)
• Hesabatların hazırlanması;
• İclasların təşkil edilməsi;
• İclas protokollarının tərtib edilməsi;
• Cəmiyyət direktorunun işlə əlaqədar digər tapşırıqlarının yerinə yetirməsi;

Namizədə tələblər:

- 25-35 yaş aralığında olmalı;
- Ali təhsilli olmalı;
- Rus/İngilis dillərini yaxşı səviyyədə bilməli;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook və s.) bilməli;.

İş şəraiti:

- 6 günlük iş norması
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: +600 AZN. (namizədə görə dəyişəcək)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Direktor assistenti ” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.