Məsul aktuari

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 22.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

• Sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılmasının metodologiyasını hazırlaması;
• Qanunla müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərini tədqiq edilməsi və sistemləşdirməsi;
• Aktuar hesablamaların nəticəsi üzrə hazırlanmış aktuari rəyini təsdiqlənməsi;
• Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlanması;
• Sığorta tariflərinin hesablanmasının təmin edilməsi, müvafiq qaydada modelllərin təkmiləşdirilməsi ilə bağlı rəylərin verilməsi və nəticələrin analizinin aparılması;
• Sığorta məhsulunun xarici sığorta bazarlarında və daxili sığorta bazarında vəziyyətini araşdırılması, müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak edilməsi, yerli bazar şəraitini nəzərə alaraq, hazırlanacaq yeni məhsulun üzləşə biləcəyi risklər barədə rəy bildirilməsi;
• Tələb olunan kapitalın məbləği, məcmu kapitalın məbləği, sığortaçının öz vəsaitinin məbləği, sığorta ehtiyatlarının məbləği, zərərlilik dərəcəsi və sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun məbləğinin müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılması;
• Şirkətin İFRS və requlyator tərəfindən hazırladığı ehtiyatların adekvatlığını yoxlanılması, metodoloqiya hazırlanması;
• Şəxsi tutum bağlı metodoloqiya hazırlanması və rəyin verilməsi;
• Şirkətin öhdəliklərinə uyğun olaraq risk əsaslı analizlərin aparılması;
• Rəhbərliyə müvafiq hesabatların təqdim olunması.

Namizədə olan tələblər:

İş təcrübəsi: 1 il rəhbər vəzifədə olmaqla minimum 3 il məsul aktuari sahəsi üzrə iş təcrübəsi; Aktuar şəhadətnaməsi; Qanunvericilik üzrə biliklər, sahə üzrə funksional baza bilikləri
Təhsili/ixtisası: İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi Münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və yə magistratura dərəcəsi
Dil bilikləri: Azərbaycan və İngilis dillərində sərbəst şəkildə yazmaq və danışmaq,Rus dili - orta
Kompüter bilikləri: MS Office - əla
Fərdi keyfiyyət tələbləri: Komanda ruhunu təşviq edən,Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncəyə sahib olan
Danışıqlar aparmağı bacaran,Ünsiyyət/inandırma/dinləməyi bacaran,Konfliktləri və stresi idarə edə bilən
Daim yeniliklərə açıq olan,Təsir göstərə bilən,Nəticəyönümlü ,Daim öyrənən

İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi