Vəzifə öhdəlikləri:
- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;
- Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək
Tələblər:
- Bankın dəyərlərinə uyğun davranış;
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli;
- Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
- Ünsiyyət qurma, dinləmə, müşahidə etmə və problemi həll etmə bacarığı olmalı;
- Komandada işləmək bacarığı;
- Qüvvədə olan bank qanunvericiliyini bilmək.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Sədərək_Əməliyyat üzrə mütəxəssis”, “Mərdəkan_Əməliyyat üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.