İnsan Resursları üzrə mütəxəssis

  • M Bulak BOKT MMC
  • Elanın qoyulma tarixi: 11.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 800 – 1000 Azn
İş qrafiki : Həftədə 5 gün

Namizədə Tələblər:

- İnsan Resursları sahəsində iş təcrübəsi - 3 ildən artıq
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli
- Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli
- Ali təhsil
- E-gov Elektron Hökumət Portalında mükəmməl işləyə bilmək

Vəzifə öhdəlikləri:

- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişiklikləri müntəzəm olaraq qeydiyyatını aparmaq
- Əmək kitabçalarında qeydlər aparmaq
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək
- İşə Qəbul müsahibələrinin / ilkin görüşlərin keçirilməsi və dəyərləndirilməsi

Qeyd:

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq. CV - lər 30 aprel 2021-ci il tarixinədək qəbul olunur. Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.