İR Menecer

  • Groupone
  • Elanın qoyulma tarixi: 16.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə tələblər:

- Qanunvericiliyə əsasən işçilər haqqında şəxsi məlumat, ödəniş, müavinət, vergi məlumatı, davamiyyət, iş icrasının qiymətləndirilməsi, işlərinə yekun verilməsi və bunun səbəbləri kimi məlumatların hazırlanıb qeyd olunması,
- İşçi kartlarının personal sənədlərində yenilənməsi və əmək haqqı cədvəli və digər məqsədlər üçün informasiyaların təqdim edilməsi,
- Kadr qeydləri məlumatlarının tərtib edilməsi və hesabatların hazırlanması,
- Vəzifə təlimatları və şirkətdaxili İR siyasətinin tərtibi,
- Əmək qanunvericiliyinə əsasən işçilərin vəzifə yüksəlişi/işlərinə xitam verilməsi; şəxsi fayllar və əmək kitabçalarının idarəsi; nizam-intizam tədbirləri; məzuniyyət planlari, davamiyyətin qeydiyyatı və digər daxili işlərə aid müvafiq sənədləşmə işlərinin hazırlanması,
- Hər bir yeni vakansiya üçün işçilərin cəlb olunması və müsahibə planlarının hazırlanması,
- Yaranan hər bir vakansiyanın məharətlə və səmərəli doldurulması,
- İxtisaslı namizədlərin tapılması üçün lazimi əlaqələrin qurulması,
- Cari Əmək qanunvericiliyini mükəmməl anlamaq,
- İR siyasətini davam etdirilməsi, inkişafı və həyata keçirilməsi,
- İşçilərin təhsil və təlim planının hazırlanması,

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla), İngilis dili(orta)
- Ali təhsil
- İR sahəsində azı 3 illik təcrübə
- Əmək məcəlləsi və əmək müqavilələrinin qeydiyyatı üzrə bilgi
- Microsoft Office-dən istifadə bacarığı
- İşi planlaşdırma və təşkil etmı bacarığı
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “İR Menecer ” qeyd olunmalıdır;