İşin təsviri
Vəzifə öhdəlikləri:
- Restorana daxil olan qonaqları profesional, nəzakətli və gülərüz şəkildə qarşılamaq, onları uyğun masa ilə təmin etmək və yönləndirmək.
- Gün ərzində rezervasiyaların qəbul edilməsi, təsdiqlənməsi və idarə edilməsi, masa bölgüsünün düzgün aparılmasına nəzarət.
- Qonaqlara restoran haqqında məlumat vermək, menyu və xidmətlərlə bağlı ilkin yönləndirmə aparmaq.
- Qonaqların məmnuniyyət səviyyəsini izləmək, ehtiyac yarandıqda müştəri sorğularını operativ şəkildə cavablandırmaq və problem yarandıqda düzgün yönləndirmə etmək.
- Telefon zənglərinə peşəkar şəkildə cavab vermək, sualları aydın şəkildə cavablandırmaq və lazım gəldikdə müvafiq şöbələrə yönləndirmək.
- Restoranın giriş zonasında həmişə səliqə, qayda və düzgün kommunikasiya mühitinin qorunmasına nəzarət etmək.
- Komanda üzvləri ilə koordinasiyalı şəkildə işləyərək xidmət prosesinin fasiləsiz və yüksək səviyyədə həyata keçirilməsini təmin etmək.
- Qonaqların yerləşdirilməsi zamanı masa sayına, prioritetlərə və rezervasiya siyahısına uyğun şəkildə əməliyyatların düzgün idarə olunması.
- Restoran rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra olunması.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi.
- Rus dili biliyi mütləqdir.
- Stresə davamlılıq və müştəri yönümlü, peşəkar yanaşma.
- Komanda ilə işləmə bacarığı və güclü kommunikasiya qabiliyyəti.
Təminatlar:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: 600 AZN+ service charge
Uyğun namizədlər öz cvlərini “Hostes” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.