Restoran menecerinin köməkçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Françayz brendin standartlarına (menyu, servis, təmizlik, vizual görünüş və s.) tam uyğunluğun təmin edilməsi;
  • Müntəzəm olaraq brendin yoxlamalarına hazır olmaq və nəticələrin izlənməsi;
  • İşçi qrafiklərinin hazırlanması və iş rejiminə nəzarət;
  • Yeni işçilərin brend standartlarına uyğun təliminin təşkili;
  • Komanda ruhunun formalaşdırılması və əmək məhsuldarlığının artırılması;
  • Heyətin xidmət keyfiyyəti və davranışlarına nəzarət;
  • Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinə nəzarət;
  • Müştəri şikayətlərinin və rəylərinin operativ şəkildə həll olunması;
  • Davamlı olaraq müştəri məmnuniyyətinin ölçülməsi və inkişaf planlarının hazırlanması;
  • Gündəlik kassanın bağlanması və maliyyə hesabatlarının aparılması;
  • Satış hədəflərinin izlənməsi və satışın artırılması üçün təşəbbüslər;
  • Qida təhlükəsizliyi və gigiyenik normalara uyğunluğun təmin olunması;
  • Təmizlik cədvəllərinə nəzarət və sağlam iş mühiti yaradılması.

Namizədə dair tələblər:

  • Təcrübə: Restoran və hotel sferasında minimum 2-3 il idarəetmədə təcrübə;
  • Xarici dil biliyi üstünlükdür;
  • Kompüter bilikləri: PowerPoint, Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı: 1500 AZN;
  • İş yeri: Bakı şəhəri.

Maraqlanan namizədlər öz CV-lərini “Restoran menecerinin köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.