İşin təsviri
Əsas öhdəliklər:
- Nağd pulun mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Pos terminalla ödənişlərin qəbul edilməsi;
- Nağd və pos terminal əməliyyatları üzrə günlük/aylıq dövriyyə hesabatlarının hazırlanması;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 2 il iş təcrübəsinin olması;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalı;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail göndərilərkən mövzu hissəsində “Kassir” qeyd olunmalıdır.
Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.