Kassir

İşin təsviri

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il; 
  • Azərbaycan dili: səlis (yazı və danışıq);  
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; 
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı. 

Vəzifə öhdəlikləri: 

  • Pul vəsaitlərinin və qiymətli kağızların mühafizəsini təmin edən qaydalara məcburi riayət etməklə onların qəbulu, uçotu, buraxılması və saxlanması üzrə əməliyyatları həyata keçirir;
  • Daxil olan və çıxan sənədlər əsasında kassa kitabını aparır;
  • Kitab balansı ilə pul vəsaitlərinin və qiymətli kağızların faktiki mövcudluğunu yoxlayır;
  • Köhnə pul nişanlarının inventarlarını, habelə onların yeniləri ilə əvəz edilməsi məqsədilə bank müəssisələrinə verilməsi üçün müvafiq sənədləri tərtib edir;
  • İnkassatorlardan qaydalar çərçivəsində vəsaiti təhvil alır və təhvil verir, zəruri sənədləri hazırlayır.
  • Kassa hesabatlarını hazırlayır;
  • Ona əmanət edilmiş dəyərlərə diqqətlə yanaşır;
  • Ona həvalə edilmiş pul vəsaitlərinin və qiymətli kağızların təhlükəsizliyini təmin etmək və zərərin qarşısını almaq üçün bütün tədbirləri görür;
  • Ona həvalə edilmiş qiymətlilərin təhlükəsizliyinə təhlükə yaradan bütün hallar barədə birbaşa rəhbərinə məlumat verir;
  • Qiymətli əşyaların saxlanması, onların göndərilməsi, daşınması, mühafizəsi, siqnalizasiyası, habelə kassa aparatının rəsmi sifarişləri barədə ona məlum olan məlumatları heç bir yerdə, heç vaxt və heç bir şəkildə açıqlamır;
  • Qiymətli əşyaların saxlanması, onların göndərilməsi, daşınması, mühafizəsi, siqnalizasiyası, habelə kassa aparatının rəsmi sifarişləri barədə ona məlum olan məlumatları heç bir yerdə, heç vaxt və heç bir şəkildə açıqlamır.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

İşəgötürənin reytinqi