Mid IOS Developer

  • Golden Pay
  • Elanın qoyulma tarixi: 21.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın tələbləri: 

  • Iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il; 
  • Swift proqramlaşdırma dili üzrə biliklər; 
  • Firebase ilə iş bacarığı; 
  • UIKit, Core Data, Auto layout və Core Animation kimi iOS frameworklər ilə təcrübə;  
  • RESTful API və şəbəkə protokolları üzrə biliklər(Alamofire) ; 
  • RxSwift və ya Combine Framework üzrə biliklər; 
  • MVVM üzrə təcrübə; 
  • Grand Central Dispatch haqqında anlayış;
  • App Store Connect ilə işləmə bacarığı; 
  • Figma ilə işləmə bacarığı; 
  • Clean code prinsiplərini üzrə biliklər; 
  • GIT ilə işləmə bacarığı;  
  • Problem həll etmə qabiliyyəti;
  • Analitik düşüncə; 
  • Komanda ilə işləmə bacarığı.  

Vəzifə öhdəlikləri: 

  • iOS proqramlarının layihələndirilməsi, işlənib hazırlanması və saxlanması üçün müxtəlif funksional komandalarla əməkdaşlıq etmək; 
  • Swift-dən istifadə edərək təmiz və səmərəli kod yazmaq; 
  • Tətbiqlərin performansını, keyfiyyətini və cavabdehliyini təmin etmək; 
  • İstifadəçi interfeysi elementlərini həyata keçirmək üçün dizaynerlərlə sıx əməkdaşlıq etmək; 
  • Problemlərin aşkarlanması və aradan qaldırılması;
  • Məhsulun yaradılması üzrə vaxt qrafiki və layihə planına riayət etməklə komanda daxilində işləmək;  
  • Arxitektura və dizayn qərarlarının verilməsində iştirak etmək. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə mövzü hissəsində vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.   

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

İşəgötürənin reytinqi