Front-End Proqramlaşdırma - Müəllim

  • Code Academy
  • Elanın qoyulma tarixi: 10.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz sizə həftədə 4 günlük, gündə 4 saatlıq iş rejimi təklif edirik. İş saatları: 09:00-13:00 və ya 14:00-18:00 müddətindədir. Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən az 1 qrup, ən çox 3 qrupdur.

İşin təsviri və öhdəliklər:

● Tələbələrə aşağıdakı proqramlar üzrə bilikləri aşılamaq tələb olunur:
○ HTML5, CSS3 (SASS, LESS CSS precompilers) and CSS Frameworks;
○ JavaScript
○ JQuery
○ ReactJS library
○ SOAP & REST web services
● Code Academy və Microsoft kurrikulumunun tələb və qaydalarına əsasən tədris proqramını hazırlamaq və inkişaf etdirmək;
● Dərs və lab saatlarında vaxtında iştirak etmək və dərs materialına əsasən işləmək;
● Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək;
● Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsini müvafiq sistemə əsasən həyata keçirmək;
● Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələb olunan bilik və təcrübə:

● 3-4 il Proqramlaşdırma sahəsində iş təcrübəsinin olması;
● Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
● Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.

Əlavə olaraq aşağıdakıları bilməsi üstünlükdür:

● Microsoft Certified Professional olması
● Angular Framework bilikləri
● Dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini və öz portfolioları haqda qısa məlumatı GitHub hesabı ilə birgə göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.