Ön Ofis Koordinatoru

İşin təsviri

Təsvir

  • Akademiyaya gələn qonaqları qarşılayıb, aidiyyati üzrə yönləndirmək;
  • Namizədləri proqram məsləhətçilərinə yönləndirilmək;
  • Telefon zənglərini cavablandırmaq və müvafiq görüşlərin təşkilində dəstək olmaq;
  • Proqram məsləhətçilərinin gündəlik görüşlərini yoxlamaq və dəqiqləşdirmək;
  • Marketing materiallarının istifadəsini koordinasiya etmək, materialların inventarına nəzarət etmək;
  • Məktub və sənədləri poçt vasitəsilə göndərmək və qəbul etmək, aidiyyatı üzrə təhvil vermək;
  • Akademiya daxilində tələbə və əməkdaşları istiqamətləndirmək;
  • Akademiyanı müxtəlif tədbirlərdə təmsil edən komandanın tərkib hissəsi kimi fəaliyyət göstərmək.

Təcrübə:

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.

Texniki Biliklər:

  • Microsoft Office proqramları üzrə biliklər;
  • Azərbaycan dilində səlis ünsiyyət, rus və ingilis dillərində ünsiyyət bacarığı.

Bacarıq və Səriştələr:

  • Güclü yazılı və şifahi ünsiyyət, aktiv dinləmə bacarığı;
  • Müştəri yönümlülük və şəxslərarası münasibətlərin effektiv idarə olunması.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.